Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı olan
“Həmkarların Sağlam Gələcəyi Naminə” İctimai Birliyinin fəaliyyəti haqqında məlumat
– Kurortların sanitariya vəziyyətinin lazımi səviyyədə saxlanması
Ümumi vəziyyət, zibilin sortlara bölünməsi, tibbi tullantı qaydasına əməl etmək, müqavilələr bağlamaq, ətraf mühitin mühafizəsi tədbirləri, sanitariya mühafizə zonalarının yaradılması, tullantıların idarə olunması, mülki müdafiənin vəziyyəti. Qida tullantılarının səmərəli istifadəsini və satışının təşkili.
– Sanatoriya-kurort müəssisələrinin müasir standartlara uyğunlaşdı-rılması
Qəbulun təşkili, yerləşdirilmə otaqlarının səviyyə bölgüsü, otaqların təmiri vəziyyəti, avadanlıq və əşyalarla təminatı, kommunal xidmətlərin vəziyyəti, müalicə kabinələrinin vəziyyəti, su müalicə otaqlarında istirahət guşələrinin təşkili (hamam dəsmalı, adyallar və kuşetkalar).
– Göstərilən xidmətlərin keyfiyyətinin və xidmət səviyyəsinin təkmilləşdirilməsi və effektivliyinin artırılması
İdman zalları (bağlı və açıq), çimərlik hovuzu, idman trenajorları, icarə obyektləri, mədəni-kütləvi tədbirlər planı, qış mövsümü proqramları, yay mövsümü proqramları.
Pullu xidmətlərin göstərilməsi, vəziyyəti (kursovka, hovuzdan istifadə, gəzintilər, rəqs gecələri, konsertlər, antenaların icarəsi, foto çəkilişlər, gözəllik salonlar, boş yerlərin satışı və sairə).
– Elmi araşdırmaların aparılması
Hər sanatoriyada onun müalicə istiqamətlərinə uyğun laboratoriyanın və diaqnostika şöbəsinin yaradılması, uçotun və qeydiyyatın qurulması, statistik göstəricilərinin təhlili.
– Müxtəlif kursların və seminarların təşkili
Kurortologiya İnstitutu, Sosial Akademiya ilə birgə müxtəlif kateqoriyadan olan işçilərin sertifikatlaşdırılması, qısamüddətli kursların təşkili: tibb bacıları, tibbi kabinaya xidmətçilər, palata xidmətçiləri, aşpazlar və mətbəx fəhlələri üçün, xörək paylayanlar üçün təlimləri keçirilməsi.
– Sərgilərin və baxış müsabiqələrinin təşkili
Hər il ildə iki dəfə müxtəlif peşə sahiblərinin müsabiqələrinin təşkili, baza təşkilatını müəyyənləşdirmək, iştirakçıları qruplaşdırmaq, qaliblərin təltifini təşkil etmək.