H S G N - I B . A Z

Haqqımızda

“Həmkarların Sağlam Gələcəyi Naminə” İctimai Birliyi 1981-ci ildə təsis edilmiş Azərbkolxozlararasısağlamlıq Respublika Birliyinin bazasında 2025-ci ildə yaradılmışdır. Birliyin əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin sağlam istirahətini, bərpasını və müalicəsini təşkil etmək, onların sağlam gələcəyini təmin etməkdir.
Direktor - Rzayev İmran Sədulla oğlu
Direktor müavini- Hacıyev Rəhim İbrahimxəlil oğlu

FƏALİYYƏT İSTİQMƏTLƏRİMİZ

🔹 Sanitariya və ekoloji təhlükəsizliyin təmin edilməsi Kurortların sanitariya vəziyyətinin yüksək səviyyədə saxlanması, tullantıların idarə olunması, ətraf mühitin qorunması və sanitariya mühafizə zonalarının yaradılması birliyin əsas prioritetlərindəndir.

  🔹 Sanatoriya və kurort müəssisələrinin müasir standartlara uyğunlaşdırılması Müalicə və istirahət obyektlərinin otaq şəraitinin, avadanlıqların, kommunal xidmətlərin və müalicə kabinələrinin yenilənməsi istiqamətində davamlı işlər görülür.

  🔹 Xidmət keyfiyyətinin və effektivliyin artırılması İdman zalları, çimərlik hovuzları, trenajorlar, mədəni-kütləvi tədbirlər, həmçinin pullu xidmətlərin (kursovkalar, hovuz, gəzintilər, konsertlər və s.) təşkili ilə vətəndaşlara geniş imkanlar yaradılır.

  🔹 Elmi-tibbi araşdırmalar və diaqnostika fəaliyyəti Sanatoriyalarda laboratoriya və diaqnostika şöbələrinin yaradılması, müalicə istiqamətləri üzrə statistik göstəricilərin təhlili aparılır.

  🔹 Kadr hazırlığı və ixtisasartırma Kurortologiya İnstitutu və Sosial Akademiya ilə əməkdaşlıq çərçivəsində tibb bacıları, xidmət personalı, aşpazlar və digər ixtisaslar üzrə qısamüddətli kurslar və seminarlar təşkil olunur.

  🔹 Sərgilər və müsabiqələr Hər il iki dəfə müxtəlif peşə sahibləri arasında baxış-müsabiqələr keçirilir, qaliblər təltif olunur və təcrübə mübadiləsi aparılır.